Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” Beynəlxalq Xidmət Assosiasiyası rəqəmsal ödənişlər sahəsində birgə fəaliyyətə dair razılığa gəlib. Bu barədə AMB-nin məlumatında qeyd olunur.
“Çərşənbə axşamı AMB və “Visa” arasında “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb”, - məlumatda deyilir.
Memorandum çərçivəsində elektron ticarət, mobil ödənişlərin inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrində müasir ödəniş alətlərindən istifadə imkanlarının yaradılması və maliyyə savadlılığı sahəsində birgə əməkdaşlıq fəaliyyətinin təşkili üzrə razılığa gəlinib.
“Eyni zamanda, AMB və “Visa” tərəfindən 2020-ci ilin sonunadək nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bakı və regionlarda birgə lotereyanın keçirilməsi, nağdsız ödənişlərin təbliğatı, müasir ödəniş həllərinin təşviqi və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”, - məlumatda qeyd edilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət