2018-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin xalis zərəri 480,201 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 5,5% azdır.
“Azərsu”nun saytında dərc edilmiş 2018-ci il üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, hesabat ilində cəmiyyət abonentlərə xidmət göstərilməsindən 176,715 mln. manat (artım 6,6%) gəlir əldə edib. Bununla yanaşı, ASC 2018-ci ildə göstərilən xidmətlərin maya dəyərini 8,4% - 92,937 mln. manata qədər artırıb.
Ötən il ASC-nin əməliyyat zərəri 476,882 mln. manat (azalma 5,5%) təşkil edib.
Hesabata əsasən, 2018-ci ildə “Azərsu”nun aktivləri 32,3% - 918,625 mln. manatadək, uzunmüddətli aktivləri 32,3% - 813,541 mln. manatadək, qısamüddətli aktivləri 31,8% - 105,084 mln. manatadək artıb.
Hesabat ilində ASC-nin öhdəlikləri 7,4% - 699,776 mln. manata qədər azalıb.
2018-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalı 218,849 mln. manat təşkil edib (2017-ci ilin sonuna kapitalın mənfi qiyməti 61,36 mln. manat olub). 2018-ci ilin sonuna ASC-nin yığılmış zərəri 8,1% - 6 mlrd. 384,703 mln. manata qədər artıb. Hesabat ilində cəmiyyətin nizamnamə kapitalı 400 mln. manat səviyyəsində qalıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət