2019-cu ilin I yarısında Azərbaycan elektrik enerjisi ixracını 4,8%, idxalını 56% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
I yarımillikdə Azərbaycan $51 mln. 935,32 min dəyərində 1 mlrd. 212 mln. 815,38 min kVt/saat elektrik enerjisi ixrac edib. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $54 mln. 606,24 min dəyərində 1 mlrd. 156 mln. 305,9 min kVt/saat elektrik enerjisi ixrac edilib. Beləliklə, 2019-cu ilin I yarısında elektrik enerjisi ixracının həcmi miqdar ifadəsində 4,8% artıb, dəyər ifadəsində 4,9% azalıb.
Xüsusilə Rusiyaya $4 mln. 56,97 min dəyərində (miqdar ifadəsində artım 66,5%) 77 mln. 762,26 min kVt/saat, Gürcüstana $46 mln. 231,31 min dəyərində (artım 69,8%) 1 mlrd. 100 mln. 745,38 min kVt/saat, İrana $129,14 min dəyərində (azalma 68,7%) 4 mln. 545 min kVt/saat, Türkiyəyə $1 mln. 517,9 min dəyərində (azalma 15 dəfə) 29 mln. 762,74 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Azərbaycan cari ilin yanvar-iyun aylarında $3 mln. 148,37 min dəyərində (2018-ci ilin I yarısı ilə müqayisədə miqdar ifadəsində artım 56%, dəyər ifadəsində artım 65,9% - İF) 74 mln. 154,37 min kVt/saat elektrik enerjisi idxal edib.
Rusiyadan $2 mln. 414,75 min dəyərində (miqdar ifadəsində artım 1,9 dəfə) 61 mln. 562,26 min kVt/saat, Gürcüstandan $605,07 min dəyərində (artım 5,7 dəfə) 8 mln. 68,1 min kVt/saat, İrandan $128,55 min dəyərində (azalma 68,9%) 4 mln. 524 min kVt/saat elektrik enerjisi idxal olunub.
2018-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib, $4 mln. 224,86 min dəyərində 108 mln. 421,76 min kVt/saat elektrik enerjisi idxal edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət