2019-cu ilin birinci yarısının yekunları üzrə “Bakı Sığorta” şirkətinin xalis mənfəəti 22 min 312,02 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin birinci yarısının yekunları üzrə şirkətin xalis mənfəəti 298 min 900,22 manat təşkil edib. Beləliklıə, hesabat dövründə şirkətin xalis mənfəəti 13,4 dəfə azalıb.
“Bakı Sığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən 2019-cu ilin birinci yarısının yekunları üzrə şirkətin gəlirləri 858 min 11,75 manat, sığorta haqları 522 min 505,86 manat, investisiya gəlirləri 399 min 765,36 manat təşkil edib. Xalis sığorta ehtiyatlarının mənfi göstəricisi 171 min 539,49 manat olub. Hesabat yarımilliyi ərzində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən dövr ərzində şirkətin xərcləri 830 min 121,72 manat, o cümlədən sığorta ödənişləri 135 min 282,34 manat, təkrar sığortaya verilən risklər 78 min 45,86 manat, sığorta işinin aparılması xərcləri 573 min 176,86 manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
Yanvar-iyun aylarının yekunları üzrə şirkətin vergi ödənilənədək mənfəəti 27 min 890,03 manat, mənfəət vergisi üzrə ödənişləri 5 min 578,01 manat təşkil edib.
Birinci yarımillikdə “Bakı Sığorta” şirkətinin aktivləri 1,7% - 10 mln. 731 min 18,84 manata qədər, öhdəlikləri 12,1% - 1 mln. 430 min 655,46 manata qədər, kapitalı 0,2% - 9 mln. 300 min 363,38 manata qədər artıb.
2019-cu ilin birinci yarısında şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 12,1% - 5 mln. 120,64 min manatadək artıb.
“Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 5 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 8 mln. 925 min 439,65 manata bərabərdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət