“Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır ki, bu da respublika üzrə elektrik enerjisi istehsalının 20%-ni təmin edəcək.
Prezident İlham Əliyev bu gün Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
“2011-ci ildə gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb. “Şimal” Elektrik Stansiyası il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Stansiyada 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb.
Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
“Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır. Respublika üzrə elektrik enerjisi istehsalının 20 faizi, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizi bu stansiyaların payına düşəcək”, - deyə məlumatda qeyd olunur.
“Şimal” elektrik stansiyasında (“Şimal-2”) ikinci buxar-qaz qurğusunun tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının ayırdığı 29 mlrd. 280 mln. yapon yeni ($275 mln.-dan çox) məbləğində kredit hesabına həyata keçirilib. Azərbaycana kredit illik faiz dərəcəsi 0,75% olmaqla 10 il güzəşt müddəti ilə 40 il müddətinə verilib. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur.
Tikinti işlərini Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti həyata keçirib.
“Şimal” DRES-də “Mitsui/Mitsubishi” alyansının JBIC-nin krediti hesabına tikdiyi 400 MVt gücündə 1 BQQ fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət