Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri ilə bank tərəfindən manat istiqarzlarının emissiyasını müzakirə edib.
“MBNP-nin idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni İdarəedici direktoru Matteo Patrone Bakıda görüşdə yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - “İnterfaks-Azərbaycan”a Palatadan bildiriblər.
Alışov vurğulayıb ki, beynəlxalq maliyyə strukturları tərəfindən manat istiqrazlarının emissiyası ölkənin qiymətli kağızlar bazarının inkişafına əlavə stimuldur.
Öz növbəsində, Patrone bildirib ki, cari ilin aprel ayında AYİB-in Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib. Kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsini bu strategiyanın prioritetləri hesab edilir.
AYİB 2016-cı ildə Azərbaycanda yerli valyutada istiqraz emissiyası planları barədə bəyan edib.
2019-cu ilin mart ayından etibarən Azərbaycanda qüvvəyə minən yeni qaydalara əsasən, xaridə qeydiyyatdan keçən xarici maliyyə institutları Azərbaycanda istiqraz emissiyası həyata keçirmək hüququna malikdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilk olaraq manat istiqrazlarının yerləşdirilməsini həyata keçirib. 2019-cu il avqustun 1-də bank ilk tranş (10 mln. manat) həyata keçirib. Kağızlara tələbat ümumilikdə tələbi 8 dəfə üstələyib. Bütövlükdə, il ərzində bank 50 mln. manat məbləğində manat istiqrazlarının emissiyasını planlaşdırır.
Bundan əlavə, Asiya İnkişaf Bankı tərəfindən manat istiqraz buraxılışlarının həyata keçirilməsi planları barədə bəyan olunub.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 30 iyun 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,252 mlrd. avro investisiya qoyulub. Hazırda bank respublikada 38 layihə reallaşdırır və 1,375 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət