“AccessBank” və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sənədi “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov və Dövlət Toxum Fondunun sədri Emin Əliyev imzalayıblar.
Protokola əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, birlikdə treninqlərin keçirilməsi kimi sahələrdə əməkdaşlıq edəcəklər.
“Bankımız dövlət qurumları ilə məhsuldar əməkdaşlıq etməklə, iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə aqrar sektorun inkişafına dəstək verməyə davam edir. Dövlət Toxum Fondu ilə imzalanan Niyyət Protokolu bir daha göstərir ki, biz bu əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şübhəsiz ki, bu əməkdaşlıqdan ən çox aqrar sektorda fəaliyyət göstərən sahibkarlar və fermerlər qazanacaq“, - deyə A.Həsənov bildirib.
Öz növbəsində, E.Əliyev qeyd edib ki, “AccessBank” fermerlərə xarici praktikada istifadə olunan maliyyə alətlərindən sərfəli şərtlərlə yararlanmaq imkanı yaradacaq ki, bu da öz növbəsində Dövlət Toxum Fondunun dünya miqyaslı çoxşaxəli əlaqələrindən istifadə edərək yüksək keyfiyyətli toxumların idxal olunmasına şərait yaradacaq.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət