Noyabr ayının 6-da "Unibank"ın səhndarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Səhmdarlar bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibində edilən dəyişiklikləri təsdiqləməlidirlər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, bankın 2019-cu il üçün maliyyə hesabatının kənar auditoru təsdiq ediləcək.
Səhmdarlar, həmçinin səhmlərinin buraxılması məsələsini də müzakirə edəcəklər.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (44,4748%), Eldar Qəribov (41,9091%), fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%). “Unibank”ın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manat təşkil edir və hər birinin nominal dəyəri 2,72 manat olan 46 mln. 208,219 min ədəd səhmdən ibarətdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət