2018-2019-cu illərdə “Şahdəniz” yatağından Azərbaycan qazının TANAP kəməri ilə Türkiyəyə tədarükünün ümumi həcmi 2 mlrd. kubmetri keçib. Bunu SOCAR şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
“TANAP-ın istifadəyə verildiyi 2018-ci ilin iyun ayından indiyədək bütün dövr ərzində bu qaz kəməri ilə Türkiyəyə 2 mlrd. kubmetrdən artıq qaz ixrac olunub”, - Yusifzadə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirir.
O, həmçinin xatırladıb ki, 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan qazının Türkiyədən tranzit yolu ilə keçməklə Avropaya tədarükə tam hazırdır.
“Demək olar ki, TAP-ın tikintisi artıq başa çatmaq üzrədir, bu da Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliyaya tədarükünə imkan verəcək”, - Yusifzadə qeyd edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə TANAP qaz kəməri ilə 916,4 mln. kubmetr qaz nəql olunub.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəməri Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 14-də Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək (Əskişəhər-İpsala) olan hissəsinə qazın verilməsinə başlayıb. İyunun 15-də “Şahdəniz” yatağından Azərbaycan qazı TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına nəql olunacaq. Layihənin dəyəri $7 mlrd.-dır.
TANAP layihəsinin səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP şirkətləridir (12%).
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. TAP-ın səhmdarları: BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Tədarük həcmi illik 10 mlrd. kubmetr təşkil edəcək. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət