Asiya İnkişaf Bankı (AİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin artım proqnozunu 2,6%-dək yüksəldib. Bu barədə yenilənmiş “Asian Development Outlook 2019” icmalında deyilir.
Aprel ayında AİB 2019-cu il üçün Azərbaycanda ÜDM-nin 2,5% artacağını proqnozlaşdırmışdı.
2020-ci ildə ölkə üzrə ÜDM-nin artım proqnozu 2,7%-dən 2,4%-ə endirilib.
"2019-cu ilin I yarısında iqtisadi artım bir il əvvələ olan 1,3%-ə qarşı 2,4% təşkil edib. Faydalı qazıntıların hasilatının 1,6% və neft emalı sənayesinin 13,5% artması fonunda sənaye sahəsində 1,8% artım qeydə alınıb. Eyni zamanda, neft istehsalı 3% azalıb, qaz hasilatı isə 35% artıb”, - deyə icmalda qeyd olunur.
AİB-in məlumatına görə, hesabat dövründə tikinti sektorunda azalma 11,2%, xidmət sahəsində artım 3%, kənd təsərrüfatı sektorunda artım 13,1% təşkil edib.
AİB-in proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda inflyasiya 3,7%-dək azalacaq (aprel proqnozu - 4%), 2020-ci ildə 3,8%-ə qədər artacaq (aprel proqnozu - 5%).
Bankın proqnozlarına əsasən, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 13,9%-ni (aprel proqnozu - ÜDM-nin 13,6%-i), 2020-ci ildə ÜDM-nin 11,6%-ni (aprel proqnozu ÜDM-nin 10,8%-i) təşkil edəcək.
"2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarətdə müsbət saldosu neft ixracının 3,7% azalmasına və qaz hasilatının artmasına baxmayaraq, bir il əvvəlki $5 mlrd.-dan $2,4 mlrd.-a qədər azalıb. İxrac 0,1%, idxal isə 51,3% artıb. Hesab edirik ki, neftin əvvəlki proqnoza nisbətən daha yüksək qiyməti il ərzində neft ixracının azalmasını kompensasiya edəcək. Bu isə 2019-2020-ci illər üçün tədiyə balansının profisiti üzrə proqnozun yaxşılaşmasını şərtləndirir”, - deyə bank vurğulayır.
Azərbaycan hökuməti 2019-cu il üçün ÜDM-nin artımını 3,2%, 2020-ci ildə 2,4%, 2019-cu il üçün orta illik inflyasiyanı 3,7%, 2020-ci il üçün 4,6% səviyyəsində proqnozlaşdırır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət