Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev ölkədə həyata keçirilən üçüncü siyahıyaalınmada iştirak edib. Bu barədə prezidentin rəsmi saytında qeyd olunur.
Məlumata əsasən, Əliyev sorğu vərəqələrinin suallarını cavablandırıb.
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il 7 sentyabr tarixində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərman imzalayıb. Beləliklə, 2019-cu il 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçiriləcək.
“Cari siyahıyaalmada vətəndaşlara 52 sual veriləcək. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək”, - “İnterfaks-Azərbaycan”a DSK-dan məlumat verilib.
Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutul Respublikada ilk dəfə əhalinin siyahıyaalınması 1999-cu ildə keçirilib.
Azərbaycanda əhalinin ikinci siyahıyaalınması 2009-cu il aprelin 13-dən 22-dək keçirilib. Siyahıyaalınmanın nəticələrinə əsasən, ölkədə 8,922 mln. nəfər yaşayır. Bu, on il əvvələ olan göstəricidən 1 mln nəfər çoxdur.
Siyahıyaalınmanın nəticələrinə əsasən, müəyyən edilib ki, əhalinin 54%-i və ya 4,818 mln. nəfər şəhərlərdə, 46%-i və ya 4,104 mln. nəfər isə kəndlərdə yaşayır. DSK-nın məlumatına görə, 1999-cu ildə siyahıyaalmadan etibarən şəhər əhalisinin sayı 756 min nəfər, kənd əhalisinin isə - 204 min nəfər artıb.
O cümlədən, 2009-cu il siyahıyaalınmanın nəticələrinə əsasən, Bakı əhalisinin sayı (200 min nəfər şəhərdə yerləşdirilən məcburi köçkün və müvəqqəti qalan şəxslər istisna olmaqla) 2,046 mln. nəfər təşkil edib.
DSK-nın məlumatına əsasən, 1 avqusit 2019-cu il tarixində Azərbaycanda əhalinin sayı 10 mln. 027,874 min nəfər təşkil edib. Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət