Azərbaycan və Özbəkistan arasında mövcud ticarət dövriyyəsi real potensiala uyğun deyil. Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
“Azərbaycan və Özbəkistan arasında mövcud ticarət dövriyyəsi dövlətlərimizin real potensialına uyğun deyil və hər iki ölkə onun həcmini artırmaq niyyətindədir”, - deyə M.Musayev Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvü olan ölkələrin investisiya və biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu ilin 7 ayı ərzində Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% artaraq $38,6 mln.-a çatıb”.
Konfederasiyanın prezidenti, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda ticarət, sənaye və nəqliyyat sahələrində Özbəkistan kapitalına malik 30-a yaxın şirkət fəaliyyət göstərir.
“Eyni zamanda, Özbəkistanda Azərbaycan kapitalına malik 80-ə yaxın şirkət fəaliyyət göstərir. Ticarət dövriyyəsinin həcminin artırılması və iqtisadi əməkdaşlıq üçün də əlverişli şərait mövcuddur”, - deyə o əlavə edib.
M.Musayev deyib ki, Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına $15 mlrd. sərmayə qoyub və bu istiqamətdə işlər davam etdirilir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət