Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının könüllü tibbi sığortası üçün sığorta şirkəti seçimi üzrə təkrar tender elan edib. Bu barədə bankın elanında deyilir.
“Sentyabrın 3-də əməkdaşların könüllü tibbi sığortası üçün sığorta şirkəti seçimi üzrə elan olunan tender baş tutmamış hesab edilir”, - elanda qeyd olunur.
Bununla əlaqədar, AMB yeni seçim həyata keçirir.
Tenderdə iştirak haqqı 100 manatdır.
“Tenderdə iştirak üzrə təkliflər yalnız Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunur. Təkliflər noyabrın 20-də saat 11:00-dək qəbul edilir. Tender proseduru portalda noyabrın 21-də saat 15:00-da keçiriləcək”, - elanda bildirilir.
Tenderdə iştirak edən şirkətlər tibbi sığorta sahəsində heç olmasa 3 illik təcrübəyə malik olmalıdır və iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubunu təqdim etməlidirlər.
Hazırda AMB-nin əməkdaşları könüllü tibbi sığorta üzrə “AXA Mbask” sığorta şirkətində sığortalanıblar. Şirkət 2018-ci il noyabrın 12-dən bu xidməti göstərir. Müqavilə 12 ay müddətinə nəzərdə tutulub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət