Azərbaycan XİN başçısı Elmar Məmmədyarov TAP qaz kəmərinin tikintisinin müəyyən olunmuş vaxt başa çatdırılmasının vacibliyini qeyd edir.
Məmmədyarov Bakıda İtaliya Senatının Xarici Əlaqələr daimi komissiyasının sədri Vito Petroçellini qəbul edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
“Enerji sahəsində mövcud əməkdaşlığı qeyd edən nazir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini səsləndirdi”, - məlumatda qeyd olunur.
Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edərək, Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları (connectivity strategy) ilə bağlı həmsöhbətinə məlumat verdi.
O, həmçinin Bakı ilə Roma arasında mövcud olan yüksək səviyyəli münasibətləri məmnunluqla vurğuladı, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi.
Öz növbəsində, Petroçelli Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirdi.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək. Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin üçüncü rübündə gözlənilir.
TAP konsorsiumundan verilən məlumata görə,2019-cu ilin sentyabr ayının əvvəlinə boru kəmərinin tikintisi layihəsi üzrə işlərin (mühəndis və tikinti işləri də daxil olmaqla) 88,8%-dən çoxu icra edilib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət