Azərbaycan hökuməti sənaye və texnologiyalar parklarının rezidentləri üçün vergi və gömrük güzəştlərinin müddətini 7 ildən 10 ilədək artırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu, baxılmaq üçün Milli Məclisə daxil olmuş Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri texnika, qurğu və texnologiya avadanlıqlarının idxalı zamanı 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisi və gömrük rüsumundan azad ediləcəklər.
Dəyişikliklər sənaye və texnologiyalar parklarının idarəedici şirkətləri və operatorlarına da şamil edilir. Onlar gəlirlərinin parkların infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsindən mənfəət vergisi ödənişindən azad edilirlər.
Hazırda rezidentlər üçün güzəştlərin müddəti 7 ildir və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib. Beləliklə, artıq rezident olan şirkətlərin preferensiyaları 1 yanvar 2023-cü ilədək uzadılacaq.
Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir. Rezidentlərin ümumi sayı 82-dir.
Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən layihələrin reallaşdırılmasına 5,7 mlrd. manat (cari məzənnə ilə $3,353 mlrd.) investisiya qoyulub, gələcəkdə isə daha 673 mln. manat ($395,88 mln.) məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət