Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing-Business-2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.
Xəbər verildiyi kimi, "Doing-Business - 2019" reytinqində Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutmuşdu.
Yenilənmiş reytinqdə Azərbaycanın göstəricisi 76,7 (ötən il 73,6) təşkil edib.
“Doing Business”in saytında dərc olunmuş hesabata əsasən, 2018-ci ilin may ayından 2019-cu ilin may ayına qədər Azərbaycan dörd uğurlu islahat həyata keçirərək qarşıya qoyulan 5 məqsəddən 4-nə nail olub. Bu islahatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması, kreditlərə əlçatanlıq, minoritar səhmdarların müdafiəsi və müqavilələrin icrasının təmin edilməsi ilə bağlı olub.
Bununla da Azərbaycan islahatçı ölkələrin TOP-20-nə daxil olub.
Xüsusilə Azərbaycan kadastrların əhatə dairəsini genişləndirməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması sistemini sadələşdirib, notariusların depozit hesabına vəsaitin köçürülməsini icbariləşdirərək əmlakın ötürülməsi prosesini çətinləşdirib; daşınar əmlakın yüklülüyü hesabına kreditlərə çıxışı genişləndirib; affilə edilmiş şəxslərlə ədalətsiz sövdələşmələrə görə məsuliyyət tətbiq etməklə minoritar səhmdarların müdafiəsini gücləndirib. Bundan başqa, Azərbaycan iddiaçılar tərəfindən ilkin şikayətlərin elektron qaydada təqdim edilməsi sistemini tətbiq etməklə və “Könüllü vasitəçilik haqqında” qanun qəbul etməklə müqavilələrin icrası prosesini sadələşdirib.
Azərbaycan bir sıra indikatorlar üzrə qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb: “kreditin əlçatanlığı” indikatoru üzrə 1-ci (ötən il 22-ci yer), “müqavilələrin icrası” indikatoru üzrə 28-ci (40-cı yer), “tikintiyə icazənin alınması” indikatoru üzrə 59-cu (61-ci yer), “beynəlxalq ticarət” indikatoru üzrə 83-cü yer (84-cü yer).
Ölkə “Biznesə başlama” indikatoru üzrə əvvəlki mövqeyini (9-cu yer) qoruyub.
Azərbaycanın bir sıra indikatorlar üzrə mövqeyi isə pisləşib: «vergilərin ödənilməsi» - 40-cı yer (ötən il 20-ci yer), «mülkiyyət hüquqlarının qeydiyyatı» - 44-cü yer (17-ci yer), «ödəmə qabiliyyətinin olmaması probleminin həlli» - 47-ci yer (45-ci yer), «elektrik təchizatı sisteminə qoşulma» - 80-ci yer (74-cü yer), «minoritar səhmdarların müdafiəsi» - 105-ci yer (2-ci yer).
Azərbaycan reytinqdə postsovet ölkələrindən Gürcüstanı (7-ci yer), Litvanı (11-ci yer), Estoniyanı (18-ci yer), Latviyanı (19-cu yer), Qazaxıstanı (25-ci yer) və Rusiyanı (28-ci yer) qabaqlayır.
Ermənistan reytinqdə 47-ci, Türkiyə 33-cü, Ukrayna 64-cü yeri tutur.
Birinci yerdə Yeni Zelandiya, 2-ci yerdə Sinqapur qərarlaşıb. İlk onluğa Honkonq, Danimarka, Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç və İsveç daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət