2019-cu ilin 9 ayı ərzində Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan ödəniş əməliyyatlarının sayı 40 mln. ədəd təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
“2019-cu ilin 9 aylıq dövrü ərzində ölkədə Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 191 mlrd. manat, sayı 40 mln. ədəd təşkil edib. Əməliyyatların sayı üzrə göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44% artıb”, - deyə məlumatda bildirilir.
HÖP üzərindən bu dövrdə həyata keçirilən əməliyyatların həcmi 2 mlrd. 286 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir. Aparılan nağdsız əməliyyatların həcmi isə 3,4 dəfə artaraq 956 mln. manat olub.
Məlumata görə, 30 sentyabr tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16% artaraq 1,2 mln. ədədi təmassız olmaqla 7,5 mln. ədəd təşkil edib. Təmassız kartların sayı 2,4 dəfə artıb.
Hesabat dövründə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 28% artaraq 15 mlrd. 535 mln. manat təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 59% artaraq 3,3 mlrd. manat (21%) olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət