Azərbaycan Beynəlxalq Bankı 2022-ci ilə qədər müddəti əhatə edən yeni strateji inkişaf planının reallaşdırlmasına başlayıb. Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
“Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq bankın müvafiq idarəetmə orqanları tərəfindən təsdiqlənib və bir aya yaxındır ki, onun tətbiqinə başlanıb. Strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə hazırlanıb, 2022-ci ilə qədər olan müddəti əhatə edir”, - İbrahimov bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni strategiyanın əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.
“Buna nail olmaq üçün Azərbaycan Beynəlxalq Bankı korporativ və pərakəndə seqmentdə əsas məhsullar üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsindərəqabətədavamlı bazar payına sahib olmağı, sektorda ən yaxşı rəqəmsal təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter Score) göstəricisinəmalik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə sektorunda ən yaxşı işəgötürən kimi tanınmağı əsas strateji hədəfləri kimi təyin edib”, - ABB-nin sədri qeyd edib.
İbrahimov vurğulayıb ki, təsdiq edilmiş yeni strateji inkişaf planı çərçivəsində Bankın makroiqtisadi duruma, ölkənin sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli hazırlanıb.
“İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail olmaqdır”, - İbrahimov qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, 2019-cu ilin 9 aylıq nəticələrinə əsasən,Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,3 mlrd. manat, cəmi kapitalı 1,5 mlrd. manat təşkil edir.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət