Prezident İlham Əliyev Azərbaycanın Sovet xalqının Böyük Vətən müharibəsindəki qələbəsinə töhfə verdiyini qeyd edərək bildirib ki, respublikada bu bayramın 75 illik yubileyinə fəal hazırlıq işləri gedir.
"Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı", - deyə İ.Əliyev bu gün MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşdə bildirib.
O, II Dünya Müharibəsi illərində Bakı neftçilərinin fədakarlığını qeyd edib: " Neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir", - deyə dövlət başçısı vurğulayıb.
MDB Müdafiə Nazirləri Şurasının Bakıdakı iclasına toxunan İ.Əliyev tədbirin Birlik ölkələri arasında əməkdaşlığın bundan sonra da möhkəmlənməsinə kömək edəcəyinə əminliyini bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət