Cari ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə İqtisadi Komissiyanın 7-ci iclası keçiriləcək.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Ramiz Həsənov, BƏƏ tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Marar rəhbərlik ediblər.
“Tərəflər cari ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə İqtisadi Komissiyanın 7-ci iclasının əhəmiyyətini qeyd edib, həmçinin sözügedən iclasda müzakirə olunacaq sahələr, o cümlədən enerji, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, baxılmaqda olan saziş və anlaşma memorandumu layihələri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
R.Həsənov və Al Marar BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının üç dəfə artdığını qeyd ediblər. “R.Həsənov qarşılıqlı turizm əlaqələrinin təşviq olunması və turist axınının daha da artırılması məqsədilə ümumvətəndaş pasportlarına malik olan Azərbaycan turistlərinin BƏƏ-yə giriş vizasından azad edilməsi məsələsini qaldırıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə siyasi, iqtisadi, ticarət, turizm, elm-təhsil, humanitar və s. sahələrdə ikitərəfli münasibətlər, Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, o cümlədən iki ölkə arasında regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
“R.Həsənov iqtisadi əlaqələrimizin iki ölkə arasında mövcud olan potensialı əks etdirmədiyini qeyd edib. O, iqtisadi-ticarət sahəsində geniş imkanların olduğuna işarə edərək, bu istiqamətdə hüquq-müqavilə bazasının daha da genişləndirilməsinin, həmçinin hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşməsinin vacibliyini vurğulayıb. O, beynəlxalq təşkilatlarda əməkdaşlıqdan razılıq ifadə edərək, xüsusilə də BMT və İƏT çərçivəsində Azərbaycana göstərilən dəstəyə görə BƏƏ tərəfinə təşəkkürünü bildirib”, - deyə məlumatda vurğulanır.
Nazir müavini qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin həll olunması istiqamətində aparılan danışıqlar prosesi və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb.
“O, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində istehsal olunan məhsulların müxtəlif adlarla BƏƏ bazarına çıxarılmasının qarşısının alınmasında BƏƏ tərəfinin beynəlxalq qanun və qaydalara riayət edərək göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib”, - deyə XİN-in məlumatında bildirilir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət