Azərbaycan hökuməti Macarıstanın MOL şirkəti tərəfindən Amerikanın “Chevron” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindəki payının alınmasına dair sövdələşməni 3 ay ərzində təsdiq etməyi planlaşdırır.
“SOCAR AÇG layihəsinə yeni iştirakçının gəlməsinə etiraz etmir. MOL şirkəti Mərkəzi və Şərqi Avropa regionunda ən iri şirkətlərdən biri hesab olunur. Sövdələşmə müqavilədə SOCAR-ı təmsil edən müvafiq dövlət orqanları tərəfindən təsdiqlənməlidir. Azərbaycan tərəfi 3 ay ərzində bu məsələ ilə bağlı qərar verəcək”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O əlavə edib ki, Azərbaycan tərəfinə sövdələşmənin təsdiqlənməsi ilə bağlı rəsmi müraciət olunmayıb.
İ.Əhmədov qeyd edib ki, artıq “Chevron” şirkəti ilə görüş keçirilib. Görüşdə MOL şirkəti ilə sövdələşmə müzakirə edilib.
“SOCAR AÇG layihəsinin digər iştirakçıları ilə birgə “Chevron” və “ExxonMobil” şirkətlərinin AÇG layihəsindəki səhmlərinin əldə edilməsinə dair təkliflərini təqdim edib. Lakin ”Chevron” şirkəti MOL-un xeyrinə seçim edib. Bu, müqavilənin şərtləri ilə ziddiyyət təşkil etmir və biz layihəyə yeni iştirakçının daxil olmasına etiraz etmirik. Bu, əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlər açır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Macarıstanın “MOL Plc.” şirkəti noyabrın 4-də “Chevron” şirkətinin AÇG yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payını $1,57 mlrd.-a aldığı barədə elan edib.
Xüsusilə MOL şirkəti “Chevron Global Ventures, Ltd” və “Chevron BTC Pipeline, Ltd” şirkətləri ilə AÇG layihəsindəki səhmlərin 9,57%-nin və BTC layihəsindəki səhmlərin 8,9%-nin alınması haqqında saziş imzalayıb.
Bu sövdələşmə başa çatdıqdan sonra MOL AÇG-də üçüncü səhmdar (payın həcminə görə - İF) olacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət