Azərbaycan və Qazaxıstan bərpa olunan enerji mənbələri, neft-servis xidmətləri üzrə birgə müəssisələrin yaradılması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"Bu məsələ Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ilin oktyabr ayında Bakıda keçirilən iclasında müzakirə olunub", - deyə məlumatda bildirilir.
İclasda Qazaxıstan tərəfi Azərbaycan şirkətlərini Qazaxıstanda həyata keçirilən bərpa olunan enerji mənbələri ilə bağlı layihələr üzrə hərraclarda iştirak etməyə dəvət edib.
"Öz növbəsində, Azərbaycan Qazaxıstanın belə hərracların keçirilməsi və xüsusi tariflərin tətbiqi sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində tərəflər Qazaxıstanda və Azərbaycanda neft-servis xidmətlərinin göstərilməsi üçün birgə müəssisələrin yaradılması, bu ölkələrin ərazilərində neft yataqlarının mənimsənilməsi üzrə layihələrin icrasına hər iki tərəfin cəlb olunması imkanlarını öyrənməklə bağlı razılığa gəliblər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət