Milli Məclisin bir sıra deputatı Azərbaycanda sənaye məhəllələri və parklarının rezidentləri üçün vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılmasına qarşı çıxış ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
“Hesab edirəm ki, sənaye parklarının rezidentləri üçün 7 il yetərlidir. Rezidentlər üçün güzəştlərin müddətinin artırılması proteksionizmə bənzəyir”, - deyə deputat Qüdrət Həsənquliyev bildirib.
Bundan başqa, o, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar və fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər üçün sadələşdirilmiş vergi məbləğinin artırılmasını təklif edib. Deputatın sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin gəlirləri olduqca yüksəkdir və onların vergi yükünü bir qədər artırmaq olar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov də sənaye parklarının rezidentləri üçün güzəştlərin artırılmasına qarşı çıxıb. O, publik hüquqi şəxslər üçün güzəştlərin məhdudlaşdırılmasını və differensiyalaşdırılmış ƏDV sisteminin müzakirəsinə yenidən qayıtmağı təklif edib.
Öz növbəsində, deputat Fazil Mustafa kitab çapının vergidən azad edilməsini təklif edib. O hesab edir ki, bu, kitabların qiymətinin ucuzlaşmasına və kitab oxuyanların sayının artmasına səbəb olacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri texnika, qurğu və texnologiya avadanlıqlarının idxalı zamanı 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisi və gömrük rüsumundan azad ediləcəklər.
Dəyişikliklər sənaye və texnologiyalar parklarının idarəedici şirkətləri və operatorlarına da şamil edilir. Onlar gəlirlərinin parkların infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsindən mənfəət vergisi ödənişindən azad edilirlər.
Hazırda rezidentlər üçün güzəştlərin müddəti 7 ildir və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib. Beləliklə, artıq rezident olan şirkətlərin preferensiyalarının 1 yanvar 2023-cü ilədək uzadılması təklif olunur.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir. Rezidentlərin ümumi sayı 82-dir.
Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən layihələrin reallaşdırılmasına 5,7 mlrd. manat (cari məzənnə ilə $3,353 mlrd.) investisiya qoyulub, gələcəkdə isə daha 673 mln. manat ($395,88 mln.) məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.
Sənaye məhəllələrinin rezidentləri isə layihələrin həyata keçirilməsinə 53,8 mln. manat investisiya qoyub, gələcəkdə daha 90 mln. manat ($53 mln.) məbləğində sərmayə qoyuluşu nəzərdə tutulur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət