Azərbaycan hökuməti 2024-cü ilədək ölkədə şərab istehsalının artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin hökumətin proqnozlarına istinadən verdiyi məlumata görə, 2019-cu ilin yekunları üzrə 1 milyon 695,4 min dekalitr şərab (2018-ci illə müqayisədə artım 13%) istehsal olunacaq.
2020-ci il üçün şərab istehsalı 2 milyon 27,9 min dekalitr, 2021-ci il üçün 2 milyon 189,3 min dekalitr, 2022-ci il üçün 2 milyon 376,2 min dekalitr, 2023-cü il üçün 2 milyon 651,3 min dekalitr həcmində proqnozlaşdırılır.
Beləliklə, hökumətin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanda şərab istehsalı 2019-cu illə müqayisədə 56,4% artacaq.
Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramı ölkədə şərabçılığın inkişaf etdirilməsinə, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına yönəlib. Qarşıda duran vəzifələrdən biri şərab ixracının 2026-cı ilədək 5 dəfə artırılması ilə bağlıdır.
2018-ci ildə Azərbaycanda 1 milyon 500,3 min dekalitr şərabçılıq məhsulları istehsal edilib. Bu dövrdə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya (618,3 min dekalitr) olub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət