10 dekabr Bakıda "Həyat boyu Müştərilər" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeri beynəlxalq ekspert Mixail Safran bu sahədə çoxillik təcrübəyə malikdir.
"Müştəri gözləntilərini sadəcə qarşılamaq – rəqabət mübarizəsinə başlamadan uduzmaq deməkdir! Bu gün, bu, artıq kifayət deyil – müştərini təəccübləndirmək gərəkdir!", spiker Mixail Safran deyir.
Master-klassın məqsədi müştəri xidməti ilə "xəstələnmək", müasir dünyada müştərilərdə diqqətin fokuslanmasının alternativsiz olmasını anlamaq, müştəri təcrübəsinin idarə edilməsi sahəsində ən yaxşı təcrübələri və ən müasir alətləri öyrənmək, şirkətinizdə günü sabahdan tətbiq etmək üçün vacib addımları müəyyən etməkdir.
Master-klass müştəri xidməti və satış üzrə menecerlər və mütəxəssislər, satış məsləhətçiləri, ön ofis işçiləri, eləcə də marketinq və biznesin inkişafı, biznes-proseslərin təkmilləşdirilməsi və keyfiyyətə nəzarət, insan resursları üzrə menecerlər və mütəxəssislər, sahibkarlar və şirkət rəhbərləri üçün xüsusilə faydalı olacaq.
Master-klass aşağıdakı əsas istiqamətləri əhatə edəcək:
· Unikal müştəri təcrübəsi - Sizin əsas müasir rəqabət üstünlüyünüz
· Müştəri gözləntilərini üstələmək üçün ən effektiv alət, üsul və texnologiyalar
· Müasir istehlakçının psixologiyası: müştəri dəyərlərinin dörd kateqoriyası
· Xidmətin təkmilləşdirilməsi üzrə iş – günü sabahdan nə etmək olar?
· Müştəri xidmətləri üzrə birinci olmaq üçün hansı addımlar atılmalıdır?
· B2B və B2C seqmentlərində müştəri xidmətinin əsas fərqləndirici xüsusiyyətləri
"Həyat boyu Müştərilər" mövzusunda master-klass biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar əlaqələrin birləşməsi olacaq. Master-klass 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.
Master-klass Rus dilində və Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək. Əlavə məlumat və qeydiyyat üçün: http://master-class.az/service/az , 055 946 02 70.
Spiker haqqında:
Mixail Safran – beynəlxalq biznes-kouç, sahibkar, müştəri xidməti üzrə ekspert, auditor, məsləhətçi və motivasiya spikeri (www.michaelsafran.ru).
· 22 illik praktiki təcrübəyə malikdir, 10 ildən çox Allianz, ROSNO, Alfa-Sığorta, Detskiy Mir, Promsvyazbank, McCann Erickson kimi böyük xarici və Rusiya şirkətlərində marketinq və müştəri xidmətləri sahəsində rəhbər vəzifələrdə çalışmışdır.
· Üç dəfə müştəri xidmətləri sistemini Rusiya korporasiyalarında sıfırdan qurmuşdur, iki dəfə isə "Kommersant" biznes nəşri və Rusiyanın Menecerlər Assosiasiyası tərəfindən "İlin ən yaxşı marketinq direktoru" adına layiq görülmüşdür.
· Turizm, konsaltinq və tədris sahələrində üç fərqli biznes sahibidir, qonaq mühazirəçi kimi SKOLKOVO Biznes Məktəbində çıxış edir və Rusiyanın Sberbank-Sığorta, INVITRO, Aeroexpress və digər aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət