Azərbaycan 2019-cu ilin yanvar-oktyabr aylarında $1 mlrd. 573 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 16,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($147,6 mln. – azalma 1,5%), qızıl ($142,1 mln. – artım 42,1%), çiyidli pambıq ($90,5 mln. – artım 41,8%), təmizlənmiş fındıq ($100,1 mln. – artım 52,3%), elektrik enerjisi ($62,9 mln. – artım 5,5%), polietilen ($59,8 mln. – azalma 13,7%), polipropilen ($57,1 mln. – artım 26 dəfə), metanolun ($59,8 mln. – artım 2,1 dəfə), emal olunmamış alüminiumun ($52,4 mln. – artım 13,1%) payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($533,9 mln. – artım 14,3%), Türkiyə ($324,6 mln. - artım 10,6%), Gürcüstan ($131,5 mln. – artım 23,5%), İsveçrə ($144,7 mln. – artım 29,1%) və Ukrayna ($39,8 mln. – artım 38,2%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,9%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 mlrd.-ı ötəcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət