Milli Məclis cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agetliyinin müxbiri məlumat verir.
Ümumilikdə, Məcəlləyə 162 dəyişiklik daxil olunub, bunun 73-ü yeni tədbirlər və anlayışlardır.
Vergi orqanlarının qiymətləndirmələrinə əssaə, bu dəyişikliklər bərabər hüquqlu və şəffaf fiskal siyasətin tətbiqi ilə sağlam rəqabətin formalaşmasına yönəlib. Bundan əlavə, düzəlişlər risk qrupuna daxil olan vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergilərin ödənilməsindən yayınma ilə mübarizənin gücləndirilməsi, həmçinin sahibkarların inzibati və vergi yükünün azaldılması, vergi tutulan bazanın genişləndirilməsinə yönəlib.
İki oxunuşdan sonra layihəyə bəzi dəyişikliklər daxil edilib. Xüsusilə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər 1 il müddətinə ƏDV-dən azad olunur.
Düzəlişlərə əsasən, sənaye məhəllələri və parklarının rezidentləri üçün vergi güzəştlərinin müddəti 7 ildən 10 ilədək artırılır. Beləliklə, sənaye və texnologiyalar parklarının rezidentləri texnika, qurğu və texnologiya avadanlıqlarının idxalı zamanı 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisi və gömrük rüsumundan azad ediləcəklər.
Dəyişikliklər sənaye və texnologiyalar parklarının idarəedici şirkətləri və operatorlarına da şamil edilir. Onlar gəlirlərinin parkların infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsindən mənfəət vergisi ödənişindən azad edilirlər.
Eyni zamanda, 2020-ci il yanvarın 1-dən ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisi artır.
İçməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,4 manatadək (artım 2 dəfə) artırılması planlaşdırılır. Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur. Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.
O cümlədən, dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%), energetik içkilərin hər litri üçün aksiz vergisinin 3 manatdan 3,1 manata (3,3%) çatdırılması nəzərdə tutulur.
Həmçinin, düzəlişlərə transmilli şirkətlərin Azərbaycandakı rezidentlərinə tələb olunan elektron hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyaların tətbiqi daxildir. Bu rezidentlər elektron hesabatın vaxtında və tam verilməməsinə görə 500 manat məbləğində cərimələnəcəklər. Bundan başqa, ixracın təşviqi mexanizmi çərçivəsində qeyri-neft məhsullarının ixracatçılarına büdcədən ödənilən vəsaitlərdən vergi tutulmaması nəzərdə tutulur. O cümlədən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Onlar ƏDV və mənfəət vergisi (hüquqi şəxslərdirsə) və gəlir vergisi üzrə (fiziki şəxslərdirsə) ödəniş edəcəklər.
Bundan əlavə, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi dərəcəsinin azaldılması nəzərdə tutulub. Bu kateqoriyadan olan şəxslər üçün sadələşdirilmiş vergi məbləğinin 33,3% - 30 manatdan 20 manata endirilməsini nəzərdə tutur.Bundan başqa, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər üçün sadələşdirilmiş vergi üzrə məbləğin 50% - 30 manatdan 15 manata endirilməsi təklif edilir.
Dəyişikliklər heyvan mənşəli ətin satışına da şamil olunur. Belə ki, heyvan mənşəli quş ətinin satışını 4 il müddətinə - 1 yanvar 2024-cü ilədək ƏDV-dən azad olunur.
Bundan başqa, Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edən fiziki və hüquqi şəxslər üçün bir sıra güzəştlər tətbiq olunur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət