Milli Məclisin bazar ertəsi keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının parlamentin buraxılması ilə bağlı müraciətinə baxılır. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müaxbiri məlumat verir.
Bu müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 97-ci maddəsinin ikinci hissəsinə uyğundur.
İclası açan spiker Oqtay Əsədov qeyd edib ki, son aylar ərzində dövlət başçşlsının həayata keçirdiyi islahatlar qanunvericilik orqanında dəyişiklikləri şərtləndirib.
“Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar son aylar ərzində keyfiyyətcə yeni səviyyəyə çıxış əldə edib. Nazirlər Kabineti, icra hakimiyyəti, mühkəmə sistemində, bir sözlə desək, bütün sahələrdə aparılan strukrur və kadr islahatları xalq tərəfindən müsbət qiymətləndirilir. İslahatların sistemli xarakteri, yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik orqanında da islahatların dərinləşməsini və parlamentin yenilənməsini şərtləndirib”, - Əsədov bəyan edib.
Öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının icarçəı katibinin müavini, paralamentin deputatı Siyavuş Novruzov partiyanın prezident liyevə müraciətini oxuyub və müstəqil deputatlara və Milli Məclisdə digər partiyaları təmsil edən nümayəndələrə bu müraciəti dəstəkləmək xahişi ilə müraciət edib.
Hazırda 125 yerlik parlamentdə hakim partiya mütləq əksəriyyətə malikdir.
Xəbər verildiyi kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurası bu gün keçirilən iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlamentə və prezidentə müraciətin ünvanlanmasına yekdilliklə səs verib.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət