Azərbaycanın “KDY Logistics”şirkəti Həştərxan logistika habının ötürmə qabliyyətinin illik 1 milyona tona qədər artırmağı planlaşdırır. Bu barədə şirkətin Direktorlar Şuarsının sədri Qalib Məmmədov işgüzar görüş zamanı Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə məlumat verib.
“Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “KDY Logistics”şirkətinin Direktorlar Şuarsının sədri Qalib Məmmədovu qəbul edib. Həmsöhbətıər regionun nəqliyyat infrastrukturu, xüsusilə Kutum stansiyasında yaradılan dəmir yolu logistika habının inkişafı perspektivlərini müzakirə ediblər. Məmmədov bildirib ki, şirkət habın tam gücü ilə fəaliyyət göstərməsi üçün səy göstərir. Hazırda hab vasitəsilə yüklərin İrandan Türkiyə və Həştərxan vilayətinə və geriyə tədarükü təşkil olunub. Özbəkistanla intensiv danışıqlar aparılır. Şirkətin planlarına habın ötürmə qabiliyyətinin illik 1 miyon tona çatdırılması daxildir”, - Həştərxan vilayətinin saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, logistika mərkəzi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm halqalarından birinə çevriləcək.
“Sevindirici haldır ki, bu gün layihəmiz Həştərxan vilayətinin iqtisadiyyatına müəyyən töhfə verir. Sizin nəqliyyat mərkəzinizin gələcəkdə inkişafı üçün şəraitin yaradılması yük daşımaları həcminin illik 1 milyon tonadək artmasına imkan verəcək. Biz bu istiqamətdə bütün zəruri dəstəyi göstərəcəyik”, - Babuşkin bildirib.
Xəbər verildiyi kimi, Azərbaycanın “KDY Logistics”şirkəti tez xarab olan meyvə-tərəvəzin tədarükü məqsədilə Həştərxan vilayətində logistika mərkəzinin yaradılmasına 2 milyard rubldan artıq vəsait yatıracaq.
Şirkət nqliyyat istiqamətləri şəbəkəsi – “Şimal-Cənub Layihəsi” tərib edib. Biirinci istiqamət: Çin-Qazaxıstan-RF (Həştərxan). Daha sonra: Türkiyə-Azərbaycan-RF (Həştərxan), Türkmənistan-Qazaxıstan-RF (Həştərxan), Özbəkistan-Qazaxıstan-RF (Həştərxan). Həştərxan terminalı vasitəsilə meyvə-tərəvəz və digər yüklərin nəzərdə tutulan idxal-ixrac həcmi: Türkiyə - 1 miyon ton, İran – 200 min ton, Azərbaycan – 200 min ton, Özbəkistan – 600 min ton, Türkmənistan – 220 min ton və Çin – 50 min ton.
“KDY Logistics”in saytına əsasən, şirkət 2017-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhərində yerləşən şirkətin Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və İranda nümayəndəlikləri var. “KDY Logistics” şirkəti yüklərin dəmir yolu ilə daşınması xidmətləri göstərir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti şirkət üçün prioritet istiqamətlərdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət