Azərbaycan və Ukrayna İpək Yolu çərçivəsində əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında hava daşımalarının liberallaşdırılması məsələsi üzərində işləməyi planlaşdırır. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir.
Ukraynanın infrastruktur naziri Vladislav Krikli cümə axşamı Bakıda iqtisadiyyat və nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri ilə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“İpək Yolu ilə əlaqənin inkişafı məqsədilə birgə fəaliyyət göstərəcəyik. Azərbaycan bu prosesdə əsas rol oynayır və biz ölkələrimzi arasında qarşılıqlı səmərəli əməkdaşlıq gözləyirik”, - Krikli iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə bildirib.
Ukrayna tərəfinin məlumatına görə, 2018-ci ildə Ukrayna ilə ticarət dövriyyəsinin həcmi üzrə Azərbaycan dünya ölkələri srasında 28-ci yerdədir. Bu göstərici, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi və infrastruktur layihələr hesabına yaxşılaşmalıdır.
O cümlədən, nazirlər nəqliyyatda rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi və Ukrayna hökumətinin 2020-ci il və gələcək illər üçün planlaşdırdığı miqyaslı infrastruktur layihələrin reallaşdırılmasında Azərbaycan şirkətlərinin iştirakı məsələlərini müzakirə ediblər.
Həmçinin, Krikli Azərvaycanla Ukrayna arasında hava daşımalarının liberallaşdırılmasının zərurəti barədə bəyan edib.
Cümə axşamı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüş zamanı Ukraynanın infrastruktur naziri Kiyevin nəqliyyat sahəsində Bakı ilə qarşılıqlı səmərəli əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
“Ümumi məqsədimiz həm ölkələrimiz arasında daşımalar üçün rahat şəraitin yaradılması, həm də Avropa-Asiya əlaqəsində bunun təmin edilməsi olmasıdır. Əlavə yüklərin cəlb olunması məqsədilə yüklərin dəmir yolu və dəniz nəqliyyatı ilə daşınmasının təşkili üçün qarşılıqlı əlverişli şəraitin formalaşması ilə bağlı dialoqun davam etdirilməsi vacibdir”, - Krikli bəyan edib.
Məlumata görə, tərəflər ölkələr arasında hava daşımalarının liberallaşdırılması məsələsi üzərində işləməyi və avtonəqliyyat vasitəsilə yüklərin daşınmasına icazə kvotasının artırılması, həmçinin poçt əlaqəsi sahəsində əməkdaşlığı genişləndirməyə dair razılığa gəliblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət