Cümə günü Gürcüstan Milli Muzeyində baş kurator, tarixçi-professor Eldar Nadiradzenin müəllifi olduğu “İrəvan xanlığı” kitabının təqdimatı olub.
E.Nadiradzenin 70 illik yubileyinə həsr olunan təqdimat muzeyin direktoru, professor David Lortkipanizdenin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə Gürcüstan və Azərbaycan elm xadimləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri iştirak ediblər.
Professor Eldar Nadiradze nəşr ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Azərbaycan, ingilis və rus dillərində çap olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə məlumatlar öz əksini tapıb. Kitabda İrəvan xanlığının tarixinə aid foto və rəsmlər, Gürcüstan Milli Muzeyində saxlanılan unikal eksponatların fotoları toplanıb.
Tədbirdə Gürcüstan Milli Muzey ilə birlikdə İrəvan xanlığının tarix və irsinin öyrənilməsi və populyarlaşması üzrə layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun əvəzsiz töhfəsi, həmçinin Azərbaycan Prezidenti Administrasiyanın sektor müdiri, politoloq Fuad Axundovun rolu qeyd olunub.Bu əməkdaşlıq Nadiradzenin İrəvan xanlığına kitab həsr etmək qərarı ilə nəticələndi. Bundan əlavə, Gürcüstan muzeyi ilə əməkdaşlıq çərçivəsində2019-cu il mayın 27-də Bakıda Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyinin Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılışı oldu.
Ekspozisiyaya ümumilikdə 300-ə yaxın eksponat daxil olub. Sərginin üç bölməsində Qacarlar dövründə yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun (1846-1916-ci illər) arxivindən İrəvan xanlığı haqqında əldə edilmiş fotosənədlər nümayiş olunub. Qeyd edək ki, İrəvanın mərkəzində yerləşən İrəvan xanının Sərdar sarayı Azərbaycanın orta əsrə aid digər tikililəri və İrəvan qalası kimi Ermənistan hakimiyyəti tərəfindən tamamilə dağıdlıb. Bununla da 20 əsr ərzində İrəvanın tarixi mərkəzi, onun çoxəsrlik memarlıq və mədəniyyəti məhv edilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə Qacarlar dövrünün incəsənət nümunələri arasında həmçinin dünyaca məşhur rəsm əsərləri, Fətəli şah Qacarın hökmranlığı dövrünə aid olan miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalar təqdim olunub.
O cümlədən, sərgidə öncə hərbi topoqraf çalışan, daha sonra 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak edən Dmitri Yermakovun fotoşəkillərindən ibarət kolleksiya təqdim olunub. Müharibədən sonra Yermakov Tbilisidə fotoqraf sənəti ilə məşğul olub, Qafqaza səyahət edib, müxtəlif arxeoloji ekspedisiyalarda iştirak edib. O, unikal fotoşəkillərdən ibarət silsilə yaradıb, həmin şəkillərdə İrəvan qalasının unikal tikililərinin dağıdılması prosesi detallı şəkildə əks olunub: bir zamanlar İrəvan şəhərinin tarixi mərkəzini təşkil edən Sərdar sarayı, məscidlər, karvan saraylar və digər orta əsrə aid binaların. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət