2018-ci ildə "Bakı Telefon Rabitəsi" MMC-nin xalis mənfəəti 4 milyon 486 min manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2018-ci ildə “Baktelecom”un gəlirləri 69 milyon 698 min manat (artım 2,6%), xidmətlərin maya dəyəri 38 milyon 55 min manat (artım 7,7%) təşkil edib.
2018-ci ildə cəmiyyətin inzibati xərcləri 25,912 milyon manat təşkil edib.
Ötən il müəssisənin vergi ödənilənədək mənfəəti 6 milyon 92 min manata (azalma 2,6 dəfə), mənfəət vergisi üzrə ödənişləri 1 milyon 606 min manata (azalma 3,3 dəfə) bərabər olub.
2018-ci ildə “Baktelecom”un aktivləri 3,6% - 116 milyon 93 min manatadək artıb, uzunmüddətli aktivləri 1,8% - 76 milyon 487 min manata qədər azalıb, qısamüddətli aktivləri 15,9% - 39 milyon 606 min manatadək artıb.
1 yanvar 2019-cu il tarixinə cəmiyyətin öhdəlikləri 29,1 milyon manat (artım 11,8%), o cümlədən qısamüddətli öhdəlikləri 27 milyon 568 min manat, uzunmüddətli öhdəlikləri 1 milyon 532 min manat təşkil edib.
“Baktelecom”un kapitalı 86 milyon 993 min manata (artım 1,1%), o cümlədən nizamnamə kapitalı 41 milyon 279 min manata (azalma 0,7%) bərabərdir. 2019-cu il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi mənfəəti 47 min manat təşkil edir.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət