Prezident İlham Əliyev hökumət qarşısında qısa müddət ərzində xarici borcun təqribən daxili məhsulun 10-12 faizinə endirilməsi barədə vəzifə qoyub.
“Hazırda Azərbaycanın xarici borcu aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, çox aşağı göstəricidir. Gələn ilin büdcəsində xarici borca xidmət edən vəsait nəzərdə tutulub. Beləliklə, ən azı gələn ilin sonunda xarici dövlət borcu 16 faiz olacaq. Mən hökumət qarşısında vəzifə qoydum ki, biz qısa müddət ərzində xarici borcu təqribən daxili məhsulun 10-12 faizinə endirək və bu, tamamilə mümkündür”, - deyə o, dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi müsahibədə bildirib.
Prezidentin sözlərinə görə, ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. “Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı. Bu, onu göstərir ki, biz gəlirləri çox böyük qənaətlə xərcləyirik. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə biz MDB-də birinci yerdəyik”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 5 dəfə artıqdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət