Azərbaycanda turizm sahəsinə investisiyalar proqramı hazırlanır. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Direktorun sözlərinə görə, proqram artıq hazırdır və Azərbaycan İqtisadiyyat Nazirliyində baxılır.
“Sərmayələr üçün sənədlər artıq hazırdır və onlara İqtisadiyyat Nazirliyində baxılır, biz birlikdə üzərində işi başa çatdırırıq. Arzu edən hər kəsin investisiya proqramında iştirakı nəzərdə tutulur”, - Zenqstşmid “Profi.Travel”a müsahibəsində bildirib.
Bundan əlavə, o qeyd edib ki, yaxın zamanda turizm sahəsində sərmayələr üçün prioritet layihələrin siyahısı tərtib olunacaq. “İstənilən vacib layihə həyata keçirən şəxslər İqtisadiyyat Nazirliyinin maliyyə dəstəyinə iddia edə bilər”, - Zenqstşmid vurğulayıb.
Ölkədə turizm infrastrukturunun inkişafı barədə söz açan Büronun direktoru qeyd edib ki, bu çərçivədə yaradılan otelçilər, bələdçilər və turizm agentlikləri assosiasiyaları fəal iş həyata keçirirlər. “Bu yaxınlarda təsis olunan çox güclü otelçilər assosiasiyamız var, hazırda 120-yə yaxın üzvü var. İlin sonunadək otellərin təsnifatı sistemi istifadəyə veriləcək, bu da xidmətlərin keyfiyyətini beynəlxalq səviyyəyədək qaldırmağa yardım edəcək. O cümlədən, bizim özünün sertifikatlaşdırma sistemi olan bələdçilər assosiasiyamız var. Çoz güclü turizm agentlikləri assosiasiyası fəaliyyə göstərir”, - Zenqstşmid qeyd edib.
O əlavə edib ki, hazırda Azərbaycana mühüm həcmlər təmin edən turizm operatorlarının adəstəklənməsi imkanları öyrənilir. “Bu həm marketinq proqramlarında kömək, həm daşınma subsidiyaları ola bilər, bir sözlə, biz hazırda bütün mümkün tədbirləri fəal müzakirə edirik”, - Zenqstşmid bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət