Yaxın zamanda Azərbaycan və Türkiyə preferensianal ticarət anlaşması imzalayacaq. Türkiyənin ticarət naziri Ruhsar Pekcan belə hesab edir.
“Prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Bu müqaviləni, - 15 maddəlik məhdud bir müqavilədir, - genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik”, - Pekcan cümə axşamı prezident İlham Əliyev ilə görüş zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın, xüsusilə SOCAR-ın Türkiyədəki sərmayələrində maraqlıdır.
“Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq”, - Pekcan vurğulayıb.
Preferensianal ticarət anlaşması Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiqini nəzərdə tutur. O cümlədən, 2017-ci ilin oktyabr ayında Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasından tədarük olunan malları rüsumdan azad edib. Siyahıya ümumilikdə 43 adda mallar daxil edilib (13-ü kənd təsərrüfatı malları, 30-u sənaye malları). **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət