Hazırda Azərbaycan 1 min MVt gücündə artıq elektik enerjisinə malikdir. Bunu prezident İlham Əliyev deyib.
“Hazırda Azərbaycan 1 min MVt gücündə artıq elektik enerjisinə malikdir. Biz Türkiyə, Gürcüstan və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edirik. Rusiya ilə isə zərurət yarandığı zaman satış həyata keçiririk. Bundan əlavə, İran ilə yeni elektrik verilişi xəttləri çəkmişik. Azərbaycan, Rusiya və İran arasında enerji dəhlizi artıq mövcuddur”, - Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
O cümlədən, prezident qeyd edib ki, Azərbaycan və Rusiyanın enerji sistemləri paralel rejimdə işləyir. “Hər hansı qəza zamanı biri-birimizə arxayın ola biləcəyimiz faktı vacibdir. Ötən ilin yayında Azərbaycanda blekaut baş verdiyi zaman Rusiya tərəfi bizə qəbul edəcəyimiz həcmdə əvəzsiz dəstək göstərdi ki, müəyyən strateji obyektləri elektrik enerjisi ilə təmin edək”, - dövlət başçısı vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan qəza baş verdiyi zaman Rusiya tərəfinə zəruri yardım göstərir. “Dağıstanda qəzalar baş verdiyi zaman da eyni cür olur. Biz dərhal enerji axınımızı Rusiya bazarına yönəldirik”, - Əliyev vurğulayıb.
Azərbaycanın enerji sisteminin cari ümumi gücü 7546 MVt həcmində qiymətləndirilir.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət