“Azərenerji” ASC 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər 485 meqavat “itirilmiş” gücü bərpa edib. Bu barədə ASC-dən məlumat verilir.
“2018-ci ilin sentyabr ayında qəbul “Peabilitasiya Proqramı”nın realaşdırlması hesabına bu günə qədər ümumilikdə 485 meqavat “itirilmiş” güc bərpa edilib.
2021-ci ilə qədər nəzərd tutulan Proqram Azərbaycanda 12 elektrik stansiyasını əhatə edir. Reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu tədbirlər çərçivəsində “Azərenerji” “Şəki” Elektrik Stansiyasında 10 aqreqatda təmir işləri aparılıb, ehtiyat hissələri dəyişdirildikdən sonra 40 meqavat “itirilmiş” gücü bərpa edib.
“2018-ci ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Şəki” Elektrik Stansiyasında mövcud 10 aqreqatdan 2 ədədinin korpusu dağıldığından ümumiyyətlə işləmirdi, qalan 8 aqreqat isə kəsirlə fəaliyyət göstərirdi. Daha doğrusu “Şəki” Elektrik Stansiyasının qoyuluş gücü 87 meqavat olsa da, cəmi 40 meqavat güclə və tez-tez dayanmalar olmaqla işləyirdi. Korpusu dağılan 2 aqreqat da daxil olmaqla 10 aqreqatda təmir işləri aparılıb, ehtiyat hissələri dəyişdirildikdən sonra, indi stansiya 80 meqavatdan artıq güclə işləyir”, - məlumatda vurğulanır.
Reabilitasiya proqramının dəyəri 560 mln. manatdır.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət