Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2021-ci ildə akademik, SOCAR-ın (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının verildiyi yeni tankerlərdən birini istismara verəcək. Bu barədə ASCO-dan məlumat verilir.
“Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hazırda ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb. Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur”, - məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın bəndlərinin birinə əsasən, ASCO-nun yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.
2020-ci il yanvarın 14-də görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyini qeyd edib. O həyatını və elmi-istehsalat fəaliyyətini Azərbaycanda, xüsusilə Xəzər dənizində neft və qaz kondensat yataqlarının kəşfi və işlənməsinə həsr edib. Prezident İ.Əliyevin sərəncamına əsasən, Xoşbəxt Yusifzadənin yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Yeni tankerin uzunluğu 141 metr, eni – 16,9 ment, su tutumu – 7,884 min ton təşkil edir. Bu tankerin unikallığı ondan ibarətdir ki, eyni vaxtda neft və neft məhsulları daşıya bilər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət