İqtisadiyyat Nazirliyi 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyasını hazırlayacaq.
Bu, “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulur Nazirlər Kabineti tərəfindən təsdiq olunan Plana əsasən, həmçinin 2020-ci ilin iyul ayınadək İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyii ilə birgə toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərini təqdim etməlidir. O cümlədən, İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliy 2020-ci ilin aprel ayınadək emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərini hazırlamalıdır. Həmçinin, may ayınadək ipəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsini hazırlamalıdır.
Cari il may ayınadək İqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir.
Bundan əlavə, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi və “Azərenerji” ASC ilə birgə 2020-ci ilin sonunadək bərpa olunan enerji sahəsinə əlavə investisiyalar cəlb etməlidir.
2019-cu ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,9 milyardı ötüb. Hökumətin qiymətləndirmələrinə əsasən, 2024-cü ildək qeyri-neft ixracının həcmi $3 mlrd.-ı ötməlidir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət