2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 46,7 mlrd. manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,3% artıb.
Bu dövrdə sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,2%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar-noyabr aylarında emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9%, hazır metal məmulatlarının istehsalı 80%, tütün məmulatlarının istehsalı 80,7%, içkilərin istehsalı 41,4%, poliqrafiya məhsullarının istehsalı 42,2%, kompüter, elektron və optik məhsulların istehsalı 51,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 25,6%, kağız və karton istehsalı 25,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22%, qida məhsullarının istehsalı 10,8%, əczaçılıq məhsullarının istehsalı 20,6%, geyim istehsalı 22,6%, maşın və avadanlıqların istehsalı 1%, tikinti materiallarının istehsalı 5%, elektrik avadanlıqlarının istehsalı 1,3% artıb.
Neft məhsullarının istehsalı 3,2%, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 1,5% artıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət