“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “VF Ukrayna” PrSC-nin (“Vodafone Ukrayna” brendi altında fəaliyyət göstərir) emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "B" səviyyəsində müəyyən edib. Bu barədə agentlik bu gün məlumat verib.
Reytinq üzrə proqnoz “pozitiv”dir.
“Fitch”, həmçinin “VFU Funding plc”nin “VF Ukrayna” üçün planlaşdırılan istiqrazları üzrə gözlənilən “B (EXP)” reytinqini də dərc edib.
“VF Ukrayna”nın reytinqləri Ukraynanın “B” səviyyəsində ölkə reytinqi ilə məhdudlaşıb.
Agentlik şirkətin əsas reytinq drayverləri arasında operatorun güclü bazar mövqeyini (bazarda ikinci ən iri operator, mobil rabitə bazarının 35%-ə qədəri), uğurlu rebrendinq və əlverişli rəqabət mühitini qeyd edib.
Xəbər verildiyi kimi, “NEQSOL Holding” "Bakcell”in nəzarətində olan “Telco Solutions and Investments” MMC vasitəsilə keçən il “MTS” PSC ilə onun Ukraynadakı telekommunikasiya biznesinin satın alınması haqqında saziş imzalayıb. “Vodafone Ukrayna”nın alınması haqqında sövdələşmə 2019-cu ilin dekabr ayında bağlanıb. Sövdələşmənin qiyməti $84 milyon məbləğində təxirə salınmış ödəniş daxil olmaqla, $734 milyon təşkil edib. Müvafiq maliyyə vəsaiti J.P. Morgan və RBI tərəfindən təmin edilib.
“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif ölkələrdə və sahələrdə 25 ildən çox fəaliyyət təcrübəsinə malikdir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ və Banqladeşdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi sahələrində fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrupa daxil olan şirkətlər mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət