ICGB AD layihə şirkəti 2021-ci ilin II-III rübündə Yunanıstan-Bolqarıstan interkonnektorunu (ICGB) tam istismara verməyi ümid edir. Bunu şirkətin icraçı direktoru Teodora Georgiyeva deyib.
“Bütün sınaq-sazlama işlərinin 2021-ci ilin ikinci rübündə başa çatacağı gözlənilir. Yunanıstan və Bolqarıstanda müvafiq orqanlardan sertifikatlar və razılıq əldə etdikdən sonra boru kəmərinin istismara verilməsi və ona qaz vurulması prosesi baş tutacaq. Bütövlükdə sistemin 2021-ci ilin ikinci rübün sonu, heç olmazsa, üçüncü rübün əvvəlində istifadəyə verilməsi gözlənilir”, - Georgiyeva Azərbaycanın «Region Plus» jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda ICGB layihəsi çərçivəsində əsas iki müqavilə üzrə işlər gedir. Onlardan biri Yunanıstanın Avax S.A. şirkəti ilə bağlanıb və layihələndirmə, satınalınma və tikinti işlərini nəzərdə tutur. İkincisi Corinth Pipeworks S.A. şirkəti ilə boruların istehsalı və tədarükünə dair imzalanıb.
“Ümumilikdə, layihə vaxtında, lakin əsas işlərin gedişinə mühüm təsir etməyən ləngimələrlə icra olunur”, - Georgiyeva qeyd edib.
Onun sözlərinə görə, Avax S.A. ətraflı texniki layihələndirmə həyata keçirir. Eyni zamanda, əsas tikinti sahəsində ofis, müvəqqəti yolların və boruların saxlanılması üçün anbarların tikintisi aparılır. “O cümlədən, Corinth Pipeworks razılaşdırılmış qrafikə riayət edir”, - Georgiyeva əlavə edib.
İGB Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi və rəqabət qabiliyyətinin təminatı üzrə 7 prioritet layihələrdən biridir. Layihə Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün mənbələrin şaxələndirilməsi və qaz tədarükü nöqteyi-nəzərindən vacibdir. İGB vasitəsilə Bolqarıstan Trans-Adriatik qaz kəmərindən təbii qaz, maye qazı isə Aleksandrupolisdə terminal vasitəsilə ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və digər ölkələrdən ala biləcək.
Bolqarıstanla Yunanıstan arasında qaz kəmərinin uzunluğu 182 km təşkil edir, bunun 150 km hissəsi Bolqarıstan ərazisində yerləşir. Kəmərin texniki gücü 3-5 mlrd kubmetr təşkil edir. Layihənin ümumi dəyəri – 220 mln. avro təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət