“Fitch Ratings” beynəlxalq reytinq agentliyi gözləyir ki, SOCAR (ARDNŞ) “SOCAR Turkye Enerji” şirkətinin nəzarət etdiyi “STAR” NEZ-in fəaliyyətindən 2022-ci ildən tez dividendlər əldə etməyə bilər.
“Bu layihənin əlavə böyük məbləğ tələb etməyəcəyinə və bəzi dividendlər ödəməyə başlamazdan əvvəl əməliyyat pul vəsaitləri borcunu prioritet olaraq ödəyəcəyinə inanırıq. Ən azı 2022-ci ilə qədər Türkiyədə “STAR” NEZ-in fəaliyyətindən SOCAR-ın dividend əldə edəcəyini gözləmirik”, - agentliyin məlumatında qeyd edilir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
SOCAR “STAR” NEZ-in tikintisi layihəsinə $6,3 milyard sərmayə qoyub və onun fəaliyyətindən illik $500 milyon gəlir əldə edəcək.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət