“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) yük vaqonlarını qarşılıqlı istifadə edəcəklər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.
“Azərbaycan Dəmir Yolları” və TCDD arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib. Bununla əlaqədar hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub.
Bundan əlavə, sənədə əsasən vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də zərərin ödənilməsi qaydaları tənzimlənir.
“Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub”, - məlumatda vurğulanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət