İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tədricən kommersiya fəaliyyətinə keçməlidir. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
“İKZF-nin fəaliyyəti kommersiyalaşdırılmalıdır. Bu, ipoteka kreditlərinin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Hazırda ipoteka kreditlərinin həcminin artırılması üçün təkcə büdcə vəsaitləri kifayət etmir”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ipoteka kreditlərinin həcminin artırılmasında ilk növbədə, bankların özləri maraqlı olmalıdır, lakin bunun üçün onlar, ilk növbədə, uzunmüddətli pul vəsaitinə malik olmalıdır.
“Hazırda Azərbaycan banklarının özünün uzunmüddətli resursları yoxdur. Bankların bütün öhdəlikləri qısamüddətlidir ki, bu da 20-25 illik ipoteka krediti kimi uzunmüddətli aktivlərin cəlb edilməsini onlar üçün sərfəsiz edir”, - deyə AMB sədri vurğulayıb.
Xəbər verildiyi kimi, İKZF-nin agent bankları tərəfindən 2019-cu ildə 173,6 milyon manat məbləğində ipoteka kreditləri verilib ki, bu da 2018-ci ilin göstəricisindən 36,3% azdır.
Fond 2019-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 80 milyon manat alıb, eləcə də öz istiqrazlarının yerləşdirilməsindən 150 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət