MDB müşahidə missiyası Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərinin qiymətləndirilməsinə həsr olunan aralıq hesabat dərc edib.
Hesabat 19 yanvar-3 fevral müşahidə dövrünü əhatə edir.
MDB İcraiyyə Komitəsinin saytında dərc olunan hesabatda Azərbaycan Mərkəzi Seçki Komissiyasının aydın və açıq formada fəaliyyəti, baxılan məsələlərin kollegiyada müzakirəsi, iclasların beynəlxalq müşahidəçilər və KİV nümayəndələrinin iştirakı ilə keçirildiyi qeyd olunur.
“Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Astara, Biləsuvar, Qəbələ, Goranboy, Göygöl, Quba, Cəlilabad, Yevlax, Masallı, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Oğuz, Salyan, Ucar, Şamaxı, Şəki rayonları, Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərinin dairə və məntəqə komissiyalarının fəaliyyətləri ilə tanış olublar. Missiyanın rəyinə görə, Mərkəzi və aşağıdakı seçki komissiyaları seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görürlər”, - hesabatda qeyd olunur.
Missiyanın məlumatına əsasən, dairə komissiyalarına seçki kampaniyasında iştirakla bağlı 2431 ərizə daxil olub. “1774 nəfər qeydiyyat üçün sənədlər və imza vərəqələri təqdim edib. Onlardan 98 nəfər qeydiyyatdan əvvəl seçki kampaniyasından iştirakdan imtina edib, DSK tərəfindən 48 iddiaçının qeydiyyata alınması imtina olunub. 25 iddiaçı DSK-nın qərarlarından MSK-ya şikayət təqdim edib. 9 halda şikayət təmin olunub. Qeydiyyatdan keçən 1637 namizəddən 312 nəfər sonradan namizədliyini geri götürüb. Beləliklə, 125 deputat mandatına 1325 namizəd var, bu da 2015-ci ilin parlament seçkilərinin göstəricisindən təxminən iki dəfə çoxdur. Onlardan 246 nəfər siyasi partiyalar, 11 nəfər – vətəndaşlardan ibarət təşəbbüs qrupları, 1068 nəfər – öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”, - sənəddə vurğulanır.
MDB müşahidəçiləri qeyd edirlər ki, deputat mandatı üçün bu sayda iddiaçıların seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olması, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının olduğunu sübut edir.
O cümlədən, müşahidəçilər təbliğat kampaniyasının sakit keçdiyini vurğulayıblar, bu da keçirilən dövr ərzində hər hansı ciddi qanun pozuntusunun olmadığını təsdiq edir.
“Missiyanın gərargahı Mərkəzi Seçki Komissiyası, Baş Pokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyinə müraciət edərək seçki prosesinin pozulması ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərin baxılmasının nəticələri ilə əlaqədar məlumat verməyi xahişi edib. Cavabların öyrənilməsi və ümumiləşdirildikdən sonra müvafiq məlumat Missiyanın yekun bəyanatında öz əksini tapacaq. Seçkilərdən sonra yekun sənəddə missiya Azərbaycanda seçki kampaniyasının monitorinqinin nəticələri üzrə son rəy və qiymətləndirməsini qeyd edəcək”, - hesabatda vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət