London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apelyasiya şikayətini yenidən rədd edib. Bu barədə Böyük Britaniya mətbuatı məlumat verir.
“Hacıyevanın apelyasiyası 3 hakim tərəfindən rədd edilib. Order hələ 2018-ci ildə imzalanıb. O iki dəfə məhkəməyə etiraz ilə müraciət edib. Lakin, nəticədə apelyasiyanı uzuzaraq son instansiya olan Ali Məhkəmədə işin uzadılmasına icazə əldə edə bilmədi”, - Britaniya mətbuatı qeyd edir.
İndi Hacıyeva 7 gün ərzində sərvətinin mənbəyi ilə bağlı iizahat təqdim etməlidiri. Əgər o bunu etməsə, o zamanı NCA məhkəməyə müraciət edərək əmlakın müsadirə olunmasını xahiş edəcək, daha sonra isə həmin əmlakı satacaq. Əldə olunan pullar Böyük Britaniyanın xəzinəsinə daxil olacaq.
Hacıyeva tərəfindən vəsaitin qanunu mənbəyi nümayiş olunacağı halında isə NCA 60 gün ərzində hesablarını araşdıracaq, bundan sonra müstəntiqlər işin qəbul olunması v\ə baölanması və ya rədd edərək müsadirəyə nail olmağa dair qərar qəbul edəcəklər.
2018-ci ilin oktyabr ayının əvvəlində Z.Hacıyeva Britaniyada NCA tərəfindən sərvətinin mənbəyinin yoxlanılması tələb olunan ilk əcnəbi oldu.
Maliyyə fırıldaqlarında ittiham olunan C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Aparılmış istintaqla 2001-2015-ci illərdə ABB-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etdiyi, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdığı və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verdiyi müəyyən edilib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət