Abşeron arxipelaqının dayazsulu hissəsində (Shallow Water Absheron Peninsula, SWAP) birinci kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin sonunda başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Daha əvvəl BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirmişdi ki, şirkət SWAP layihəsi çərçivəsində kəşfiyyat qazma işlərinə 2020-ci ilin I yarısında başlamağı planlaşdırır.
“Abşeron arxipelaqının dayazsulu hissəsində birinci kəşfiyyat quyusunun qazılmasının planlaşdırılması üzrə işlər hələ davam edir. Qazma əməliyyatları bu ilin sonunda bu məqsədlər üçün seçilmiş qazma qurğusunun optimallaşdırılması ilə bağlı işlər başa çatdıqdan sonra başlayacaq”, - deyə məlumatda qeyd olunur.
Kəşfiyyat qazma işlərinin həyata keçirilməsinə Qazaxıstandan icarəyə götürülmüş “Satti” özüqalxan üzən qazma qurğusu cəlb olunacaq.
BP qazma işlərinin yekunları üzrə bu blokda neft ehtiyatlarının aşkarlanacağına ümid edir.
2016-cı ildə Abşeron arxipelaqının dayazsulu hissəsində seysmik tədqiqatlar aparılıb. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edib. 90 kvadratmetr ərazi quruda tədqiq olunub.
Seysmik işlərin yekunları üzrə Abşeron arxipelaqının dayazsulu hissəsində qazma işlərinin həyata keçirilməsi üçün 3 sahə seçilib.
2014-cü il dekabrın 22-də SOCAR ilə BP arasında Abşeron arxipelaqının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanıb.
Müqavilə sahəsi təxminən 1,9 min kvadratmetr təşkil edir. Saziş üzrə 50% pay BP şirkətinə, 50% pay isə SOCAR-a məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
30 ay davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seysmik tədqiqat işləri həyata keçirməli, həmçinin işlərin bütün müqavilə sahəsində ətraf mühitə təsirini qiymətləndirməlidir. Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.
Müqaviləyə əsasən, ikinci mərhələnin reallaşdırılması 3 ilə qədər müddəti əhatə edə bilər.
Bu dövrdə BP seçilmiş strukturlarda mühəndis-geoloji tədqiqat aparmalı və həmin işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabat hazırlamalıdır. Bu dövr ərzində podratçı kommersiya nöqteyi-nəzərindən qiymətli ehtiyatlar aşkar edərək bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində bu yataqların işlənməsi proqramını hazırlamalı və bundan sonra 3-cü mərhələyə - birbaşa işlənmə prosesinə keçməlidir.
Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başlanmasından etibarən 36 ay ərzində sənaye hasilatına başlamalıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət