“PAŞA Həyat Sığorta” şirkəti 2019-cu ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 212,559 milyon manat və ya 2019-cu ildə bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 31,2%-i həcmində sığorta haqqı toplayıb.
Həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (39,087 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (14,861 milyon manat) qərarlaşıb.
Hesabat dövründə “Xalq Həyat Sığorta” 977 min manat sığorta haqqı toplayıb və ödəniş həyata keçirməyib.
2019-cu ildə qeyri-həyat sığortası seqmentində “PAŞA Sığorta” şirkəti sığorta haqlarının yığım həcminə görə lider olub. Şirkətin sığorta haqları 150,177 milyon manat və ya bazarda bütün yığımların 22,05%-ni təşkil edib.
Qeyri-həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə aşağıdakı şirkətlər də daxil olub: "Azərsığorta" (49,067 milyon manat), "Atəşgah" (36,884 milyon manat), “Xalq Sığorta” (28,34 milyon manat), “Qala Sığorta” (26,787 milyon manat).
Bütövlükdə, hesabat dövrü ərzində 557,761 milyon manat və ya sığortaçıların bütün sığorta haqlarının 81,88%-i bu 8 şirkətin payına düşüb (“Xalq Həyat Sığorta” nəzərə alınmadan - İF).
Ötən il sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 99,505 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 33%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (19,131 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (6,262 milyon manat) qərarlaşıb.
“PAŞA Sığorta” şirkəti isə qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (52,798 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə “İpək Yolu Sığorta” (19,931 milyon manat), “Atəşgah” (18,986 milyon manat), "Azərsığorta" (16,24 milyon manat), “Xalq Sığorta” (16,016 milyon manat) və “AtaSığorta” (14,628 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 85,31%-i və ya 257,236 milyon manat bu 8 şirkətin payına düşüb.
Beləliklə, 2019-cu ildə “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 53,25%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 50,51% təşkil edib.
2019-cu ilin sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət