2020-ci il fevralın 10-dan etibarən Azərbaycanda qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.
“Fevralın 10-dan etibarən Azərbaycanda ilk dəfə olaraq qaza tələbat sutkalıq 41 milyon kubmetr səviyyəsində artım qeydə alınıb. Müqayisə üçün, bilavasitə 2019-cu il fevralın 10-da ölkədə qaza tələbat sutkalıq 32 milyon kubmetrə yaxın təşkil edib, ümumilikdə isə ötən ilin fevral ayında bu göstərici 35 milyon kubmetri keçmirdi”, - məlumatda qeyd edilir.
“Azəriqaz”ın məlumatına görə, fevralın 11-də Bakıda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ilin fevral ayının göstəricisindən artım 29,4% - İF), regionlarda 17 milyon kubmetrdən çox (artım 30,7% - İF) təşkil edir.
“Tələbatın artımına səbəb abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsidir”, - məlumatda qeyd olunur.
Həmçinin, İB-dən məlumat verilir ki, ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq qaz paylayıcı stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət